Menyu

Britaniya səfiri Tərtərdə üç nəfərin minaya düşərək həlak olmasına görə başsağlığı verib

Britaniya səfiri Tərtərdə üç nəfərin minaya düşərək həlak olmasına görə başsağlığı verib

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Tərtər rayonunda üç azərbaycanlının minaya düşərək həlak olması ilə bağlı başsağlığı verib.

"Operativ Media"nın məlumatına görə, bu barədə səfir tviter səhifəsində paylaşım edib.

"Tərtər rayonu ərazisində tank əleyhinə minanın partlaması nəticəsində üç nəfərin həlak olması xəbəri məni çox üzdü. Ölənlərin yaxınlarına başsağlığı verirəm", - səfir bildirib.

Xatırladaq ki, aprelin 28-də Tərtər rayonunun Talış kəndi ərazisində tank əleyhinə minanın partlaması nəticəsində "RPS Energy Ltd." şirkəti ilə çalışan Yusifov Nadir Pənah oğlu, Gözəlov Səxavət İsmayıl oğlu və Sədiyev Fərid Mehman oğlu həlak olub.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər