Menyu

Ərdoğanın səhhəti xeyli yaxşıdır

Ərdoğanın səhhəti xeyli yaxşıdır

AK Partiyanın Qrup sədr müavini Bülent Turan qatıldığı canlı yayımda narahatlıq keçirən prezident Rəcəb Tayyib Ərdoğanın səhhəti ilə bağlı fövqəladə vəziyyətin olmadığını bildirib.

"Operativ Media" xəbər verir ki, o, “gündə 5 proqram, xüsusi yığıncaqlar və müsahibələr keçirilir. Dünənki fövqəladə proses əslində proqramları yenidən nəzərdən keçirmək fürsəti verə bilər" deyib.

AKP sədrinin müavini Numan Kurtulmuş da Ərdoğanın səhhəti ilə bağlı məlumat verib. O qeyd edib ki, Prezident seçkisinin gərgin iş qrafikinə görə, o, mədəsində narahatlıq keçirib:

“Bu gün proqramlarına qaldığı yerdən davam edəcək”.

O, Ərdoğanın səhhətinin xeyli yaxşı olduğunu vurğulayıb.

Teqlər:

"Ərdoğanın səhhəti xeyli yaxşıdır"

Əlaqəli Xəbərlər