Menyu

Zelenski İsraili tənqid etdi

Zelenski İsraili tənqid etdi

Ukrayna Prezidenti Vladimir Zelenski İsrailin Ukrayna müharibəsində neytrallığını tənqid edib.

"Operativ Media" xəbər verir ki, Prezident Zelenski bu barədə "Haaraetz"in təşkil etdiyi konfransda onlayn formatda çıxışı zamanı deyib.

Ukrayna Prezidenti İsrail liderlərinin Kiyevi dəstəkləməmək qərarının Rusiyanın İranla hərbi tərəfdaşlığını təşviq etdiyini bildirib.

"Sizin siyasətçiləriniz vaxtında yalnız bir qərar qəbul etsəydilər, onların bu ittifaqı, sadəcə olaraq, baş tutmazdı... Və deyəsən, bu qərar, çoxdan qəbul edilib - 2014-cü ildə, Rusiya Ukraynaya qarşı təcavüznə başlayanda. Qərar “Kremli qıcıqlandırmamaq, Ukraynaya real kömək etməmək idi”, Zelenski deyib.

Ukrayna prezidenti Vladimir Zelenski onu da qeyd edib ki, Moskvanın Tehranla hərbi əməkdaşlığı, çox güman ki, Rusiyanın İrana nüvə proqramının inkişafında yardım etməsi ilə nəticələnəcək: "İsrail iki ölkənin inkişaf edən ittifaqının qarşısını ala bilərdi".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər