Menyu

Misir XİN Sudanda diplomatının ölümünü təsdiqləyib

Əziz Əzizli
Misir XİN Sudanda diplomatının ölümünü təsdiqləyib

Misir Xarici İşlər Nazirliyi Xartumdakı diplomatik nümayəndəliyinin əməkdaşının öldüyünü açıqlayıb.

"Operativ Media" xəbər verir ki, bununla bağlı açıqlama Misir XİN-in "Facebook"dakı rəsmi səhifəsində yerləşdirilib.

Bildirilib ki, səfirliyin attaşesinin inzibati məsələlər üzrə köməkçisi öldürülüb. Diplomat "Misir vətəndaşlarının Sudanda təxliyəsi prosedurlarına nəzarət etmək üçün evindən səfirlik binasına" gedərkən öldürülüb.

Şənbə günü Misirin Xartumdakı səfiri Hani Salah hərbi attaşenin köməkçisi avtomobilə hücum nəticəsində həlak olması ilə bağlı Sudan ordusunun xəbərlərini təkzib etmişdi.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər