Menyu

Moskvada neft emalı zavoduna kvadrokopter düşüb

Moskvada neft emalı zavoduna kvadrokopter düşüb

Rusiyanın paytaxtı Moskvanın Kapotne rayonunda neft emalı zavodunun ərazisinə kvadrokopter düşüb, ondan bir qədər aralıda bibər qazı tapılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

“Bir gün əvvəl Kapotnedəki Moskva Neft Emalı Zavodunun ərazisində hasardan 10 metr aralıda gövdəsində markası və şifrəsi qeyd olunan “Mavic-820677” kvadrokopter aşkar edilib, cihaz videokamera ilə təchiz edilib. Yoxlama zamanı kvadrokopter işlək vəziyyətdə olub”, - agentliyin həmsöhbəti bildirib.

Teqlər:

"Moskvada neft emalı zavoduna kvadrokopter düşüb"

Əlaqəli Xəbərlər