Böyük Britaniya və Niderland Şimal dənizinə 1,8 giqavatlıq elektrik xətti inşa edəcək
Nərmin Qocamanlı
İngiltərə və Niderland Şimal dənizinin altında quracaqları və dünyada ən böyük elektrik xətti hesab edilən New -Lion-Link ilə dəniz külək stansiyalarından təxminən 2 milyon ev təsərrüfatını elektrik enerjisi ilə təmin edəcək.
"Operativ Media" xəbər verir ki, Britaniya hökumətinin bəyanatına görə, New-Lion-Link eyni vaxtda hər iki ölkəni külək enerjisi elektrik stansiyalarına qoşulmaqla təmiz və əlçatan enerji ilə təmin edəcək.
Sözügedən xətt dünyada ikinci, lakin ən böyük tutumlu nümunə kimi təsvir edilir, xəttin isə 1,8 giqavat gücü var.elektrikdaşıma qabiliyyəti birinci nümunədən 4 dəfə çoxdur. Bu xətt dənizdəki külək elektrik stansiyalarından əldə edilən elektrik enerjisini ötürəcək ki, bu da ildə təxminən 2 milyon ev təsərrüfatı üçün kifayətdir.
Xəttin 2030-cu ildə istismara verilməsi planlaşdırılır.
Layihənin həyata keçirilməsi ilə bağlı imzalar bu gün Belçikanın Ostend şəhərində keçiriləcək Şimal Dənizi Sammitində imzalanacaq.
Teqlər:
"Böyük Britaniya və Niderland Şimal dənizinə 1 8 giqavatlıq elektrik xətti inşa edəcək"