Parisdə gödəkçəsi metronun qapısına ilişən qadın sürüklənərək ölüb
Nərmin Qocamanlı
Fransanın paytaxtı Parisdə gödəkçəsi metronun avtomatik qapısına ilişən qadın qatar hərəkət edərkən dünyasını dəyişib.
"Operativ Media" xəbər verir ki, “France Info”nun xəbərinə görə, paytaxt Paris və ətrafında ictimai nəqliyyatdan məsul qurum olan RATP-nin verdiyi açıqlamada Bel-air stansiyasında gödəkçəsi metronun avtomatik qapısına ilişən qadının sürüklənərək dünyasını dəyişdiyi bildirilib.
Məlumata görə, 40 yaşlarında olan qadın metrodan çıxarkən pencəyi bağlanan avtomatik qapıya ilişib. Qadın hərəkətdə olan metronun altına düşüb və sürüklənib.
Yardım qruplarının müdaxiləsinə baxmayaraq qadın həyatını itirib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net