Yunanıstan Sudandakı vətəndaşlarının təxliyəsi üçün Misirə öz təyyarələrini göndərəcək
Nərmin Qocamanlı
Yunanıstan Sudandakı hadisələrlə əlaqədar olaraq, bu ölkədəki vətəndaşların təxliyyəsi üçün Hərbi Hava Qüvvələrinin hərbi nəqliyyat təyyarələrinin Misirə göndərəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə Yunanıstanın xarici işlər naziri Nikos Dendias açıqlama verib.
Dendias, ordu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında aprelin 15-də Sudanda başlayan qarşıdurmada qapalı qalan Yunanıstan vətəndaşlarının təxliyə əməliyyatı ilə bağlı açıqlamalar verib.
Yunanıstanın Baş naziri Kiryakos Mitsotakisin hərbi nəqliyyat təyyarələri və Yunan Hərbi Hava Qüvvələrinə aid hərbi personalın təxliyyə əməliyyatlarında iştirak etmək üçün Misirdə hazır vəziyyətdə saxlanması ilə bağlı qərar verildiyini qeyd edən Dendias, “Vətəndaşlarımız şiddətli qarşıdurmaların yaşandığı Xartumda qapalı qalıb. Hökumətin ilk andan prioriteti Yunanıstan vətəndaşlarının təhlükəsizliyi və qorunmasıdır", - deyə bildirib.
Teqlər:
"Yunanıstan Sudandakı vətəndaşlarının təxliyəsi üçün Misirə öz təyyarələrini göndərəcək"