Menyu

Yaponiya vətəndaşlarını Sudandan təxliyə etməyə hazırlaşır

Nərmin Qocamanlı
Yaponiya vətəndaşlarını Sudandan təxliyə etməyə hazırlaşır

Yaponiya vətəndaşlarını Sudandan təxliyə etmək üçün hazırlıqlara başlayıb..

"Operativ Media" xəbər verir ki, bu barədəYaponiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Yaponiyanın xarici işlər naziri müdafiə nazirindən təxliyə üçün özünümüdafiə qüvvələrinin təyyarəsindən istifadə etməyi istəyib.

Bu barədə ölkənin Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bildirib.

Təxminən 60 Yaponiya vətəndaşının Sudanda olduğunu deyən Matsuno jurnalistlərə bildirib ki, hökumət onların hamısı ilə əlaqə saxlaya bilib və onlardan heç biri xəsarət almayıb.

Qeyd edək ki, Sudanda ordu ilə xüsusi təyinatlıların (RRF) arasında baş verən toqquşmalar nəticəsində yüzlərlə şəxs ölüb, minlərlə şəxs yaralanıb.
 

Teqlər:

"Yaponiya vətəndaşlarını Sudandan təxliyə etməyə hazırlaşır"

Əlaqəli Xəbərlər