Almaniyada idman zalında bıçaqlı hücum olub, 4 nəfər ağır yaralanıb
Nərmin Qocamanlı
Almaniyada idman zalında bıçaqlı hücum nəticəsində 4 nəfər ağır yaralanıb.
"Operativ Media" xəbər verir ki, Almaniyanın Duysburq şəhərində idman zalında baş verən hadisədə təcavüzkarın soyunub-geyinmə otağında bıçaqla insanlara hücum etdiyi və 4 nəfəri ağır yaraladığı bildirilib.
Polis yaralılardan 3-nün həyati təhlükəsi olduğunu və təcavüzkarı axtardıqlarını açıqlayıb.
Bildirilib ki, hadisə ilə bağlı istintaq davam edir və hücumun hansı məqsədlə həyata keçirildiyi hələlik məlum deyil.
Alman mətbuatında yer alan xəbərlərdə hücumçunun əqli-qüsurlu olduğu iddia edilib.
Teqlər:
"Almaniyada idman zalında bıçaqlı hücum olub 4 nəfər ağır yaralanıb"