Fici ada dövlətinin sahillərində 6,5 bal gücündə zəlzələ qeydə alınıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Təbii fəlakətin episentri respublikanın paytaxtı, 77,3 min nəfərin yaşadığı Suva şəhərindən 474 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 576 km dərinlikdə olub.