NATO Baltik dənizində hava təlimləri keçirir
NATO-nun “Ramstein Alloy 2023-1” hava təlimi Baltik dənizi üzərində keçirilib.
"Operativ Media" xəbər verir ki, builki təlimlərdə Almaniya, Portuqaliya, Rumıniya, Finlandiya, Litva və İspaniya da iştirak edib.
F-16 təyyarələri müxtəlif döyüş tapşırıqlarını yerinə yetirib və quru qoşunlarına yaxın havadan dəstək verib.
Finlandiya təyyarələri aprelin 4-də ölkənin alyansa üzv olmasından sonra ilk dəfə NATO təlimində iştirak edib.
NATO-nun bəyanatında, müttəfiqlər arasında koordinasiyanı artırmaq məqsədi daşıyan təlim sayəsində müttəfiq təyyarələrin Baltikyanı hava məkanına inteqrasiyasının artdığı bildirilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net