Menyu

Rusiya Odessa vilayətinə 2 raket zərbəsi endirib, yaralılar var

Rusiya Odessa vilayətinə 2 raket zərbəsi endirib, yaralılar var

Rusiya Silahlı Qüvvələri tərəfindən Ukraynanın Odessa vilayətindəki elektrik enerjisi infrastrukturuna 2 raket atılıb, yaralananlar var.

"Operativ Media" xəbər verir ki, bu barədə Odessa vilayətinin başçısı Maksim Marçenko öz Telegram kanalında yazıb.

“Bu gün səhər düşmən qüvvələri vilayətimizin elektrik enerjisi infrastrukturuna 2 ədəd raket zərbəsi endirib və bunun nəticəsi olaraq Odessanın bir neçə yaşayış məntəqəsində işıq yoxdur”, - Marçenko qeyd edib.

Onun sözlərinə görə, yerli kommunal xidmət və Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin əməkdaşları partlayışın nəticələrinin aradan qaldırılması ilə məşğuldurlar.

“Ukrenerqo” və “D.TEK” şirkəti qısa zaman ərzində elektrik enerjisinin verilməsinin bərpası üçün birlikdə çalışır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər