Menyu

Türkiyədən Gürcüstana avtomobil ixracı 423 faiz artıb

Türkiyədən Gürcüstana avtomobil ixracı  423 faiz artıb

Türkiyədən minik avtomobillərinin ixrac həcmi birinci rübdə qiymət baxımından 2 milyard 625 milyon 510 min dollar olub.

"Operativ Media" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi Avtomobil Sənayesi İxracatçıları Birliyinin (OİB) məlumatlarına istinadən məlumat yayıb.

2022-ci ilin yanvar-mart aylarında Türkiyədən minik avtomobillərinin ixracı 2 milyard 149 milyon 246 min dollar olub. Belə ki, minik avtomobillərinin ixracında illik artım 22,16 faiz təşkil edib.

Hesabat dövründə Türkiyə istehsalı olan avtomobillər 86 ölkəyə tədarük edilib.

Fransa ötən il Türkiyədən minik avtomobillərinin aparıcı idxalçısı olub. Ondan sonra İngiltərə və İspaniya gəlir.

Qazaxıstana avtomobil ixracı əhəmiyyətli dərəcədə - 2022-ci ilin birinci rübü ilə müqayisədə 1 660 faiz artaraq 36 milyon 307 min dollara çatıb.

Yanvar-mart aylarında Gürcüstana tədarüklər 423 faiz artaraq 10 milyon 912 min dollara çatıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər