Ruben Rubinyan: Ermənistan-Türkiyə sərhədi yayda üçüncü ölkə vətəndaşları üçün açılacaq
Nərmin Qocamanlı
"Üçüncü ölkə vətəndaşları üçün Ermənistan-Türkiyə sərhədinin yayda açılması planlaşdırılır".
"Operativ Media" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Ermənistan tərəfi hazırda Türkiyə ilə sərhəddə yerləşən Marqara keçid məntəqəsinin işə salınması üçün texniki təchizat işləri aparır.
Vitse-spiker bildirib ki, iki ölkə sərhədində bu ilin fevralında razılaşdırılmış Ani körpüsünün bərpası ilə bağlı işlərə hələ başlanmasa da, məsələ qüvvədə qalır.
Nərmin Qocamanova
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma