Yürgen Klopp Almaniya millisinin baş məşqçisi olacaq
"Liverpul"un sabiq baş məşqçisi Yürgen Klopp Almaniya Futbol İttifaqı (DFB) ilə müqavilə bağlayıb.
Operativ Media xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb. İddiaya görə, 59 yaşlı mütəxəssis 2030-cu ilə qədər Almaniya yığmasına rəhbərlik edəcək. Onun təyinatının iyulun 24-ü, cümə günü rəsmən açıqlanması gözlənilir.
Xatırladaq ki, Almaniya Futbol İttifaqı iyulun 3-də 2023-cü ildən komandanı çalışdıran Yulian Nagelsmannın istefaya göndərildiyini bəyan etmişdi. Almaniya millisi onun rəhbərliyi altında DÇ-2026-nın 1/16 finalında Paraqvaya penaltilər seriyasında uduzaraq (1:1, penaltilər 3:4) mübarizəni dayandırıb.
Məlum olduğu kimi, Klopp daha əvvəl "Liverpul"la yanaşı, Dortmund "Borussiya"sı və "Maynts" klublarında da baş məşqçi kimi fəaliyyət göstərib.