"Çelsi" fransalı müdafiəçi Maksens Lakrua üçün 60 milyon avro ödəməyə hazırdır
Londonun "Çelsi" klubu "Kristal Pelas"ın və Fransa milli komandasının müdafiəçisi Maksens Lakruanı heyətinə qatmaq niyyətindədir.
Operativ Media xəbər verir ki, bu barədə "GiveMeSport" portalı məlumat yayıb. İddiaya görə, "zadəganlar" 26 yaşlı futbolçunun transferi üçün qarşı tərəfə 60 milyon avro ödəməyə hazır olduqlarını bildiriblər. Fransalı oyunçunun özünün də "Çelsi"yə keçməkdə maraqlı olduğu vurğulanır.
Qeyd edək ki, "Transfermarkt" portalı tərəfindən dəyəri 50 milyon avro qiymətləndirilən Lakruanın mövcud müqaviləsinin müddəti 2029-cu ilə qədər nəzərdə tutulub. Təcrübəli müdafiəçi 2025/2026-cı illər mövsümündə çıxış etdiyi bütün turnirlərdə 55 matçda meydanda olub, 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, həmçinin DÇ-2026-nın 3 qarşılaşmasında da forma geyinib.