Neymar poker turnirlərində iştirakı ilə bağlı tənqidlərə cavab verib
Braziliyanın "Santos" klubunun hücumçusu Neymar istirahət günlərində poker turnirlərində iştirak etməsi ilə bağlı ünvanına səslənən tənqidlərə reaksiya verib.
Operativ Media xəbər verir ki, təcrübəli futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşdığı videoda məlumat verib.
İstirahət günündən istifadə etdiyini qeyd edən Neymar səhər məşq etdiyini, matça isə yalnız hazırlıqlara yeni başladığı üçün qatılmadığını bildirib. O, hər addımının izlənilməsinə etiraz edərək tənqidçiləri başqalarının deyil, öz həyatları ilə məşğul olmağa çağırıb.
Qeyd edək ki, 34 yaşlı hücumçu bu mövsüm bütün turnirlər daxil olmaqla keçirdiyi 15 qarşılaşmada 6 qol vurub və 4 məhsuldar ötürmə müəllifi olub. Braziliyalı futbolçu DÇ-2026-da isə meydanda olduğu 2 matçda 1 dəfə fərqlənib və 1 sarı vərəqə alıb.