Menyu

Su emalı müəssisəsində nöqsanlar aşkarlanıb

Operativ Media
Su emalı müəssisəsində nöqsanlar aşkarlanıb

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsi, 2433-cü məhəllə, 9q ünvanında fəaliyyət göstərən fiziki şəxs Abbasov Həsən Tofiq oğluna məxsus su emalı müəssisəsində planlı yoxlama keçirib.

Operativ Media xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulması faktları aşkarlanıb.

Yoxlama zamanı müəssisədə texnoloji axın ardıcıllığı prinsipinə riayət olunmadığı, filtr sistemlərinin istismarı və texniki xidmətinə dair qeydiyyatın aparılmadığı, emal prosesində istifadə olunan su çənlərinin dezinfeksiya edilmədiyi müəyyən edilib.

Bundan əlavə, “Suel” əmtəə nişanı altında qablaşdırılmış su məhsullarının etiketlənməsi zamanı qanunvericiliyin tələblərinin pozulduğu, suyun mənbəyi, istehsalçı məlumatları, istehsal və son istifadə tarixləri ilə bağlı istehlakçılara düzgün məlumat verilmədiyi aşkarlanıb. 

Müəssisədə emal olunan sulardan laborator müayinələr üçün nümunələr götürülüb. Aşkar edilmiş nöqsanlarla bağlı obyekt rəhbəri barəsində inzibati protokol tərtib olunub və uyğunsuzluqlar aradan qaldırılanadək müəssisənin fəaliyyətinin məhdudlaşdırılması barədə qərar qəbul edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər