Menyu

Konstitusiya Məhkəməsinin rəhbərliyi Fəxri xiyabanı ziyarət edib

Operativ Media
Konstitusiya Məhkəməsinin rəhbərliyi Fəxri xiyabanı ziyarət edib

14 iyul - Konstitusiya Məhkəməsinin yaradılmasının 28-ci ildönümü münasibətilə sədr Fərhad Abdullayev, hakimlər və Aparatın məsul əməkdaşları Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla anıb, məzarı önünə gül dəstələri qoyublar.

Bu barədə Operativ Media-ya Konstitusiya Məhkəməsindən məlumat verilib.

Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilərək, məzarı önünə tər çiçəklər düzülüb.

Daha sonra Konstitusiya Məhkəməsində keçirilən tədbirdə sədr Fərhad Abdullayev çıxış edərək, Məhkəmənin ötən dövr ərzində keçdiyi inkişaf yolundan, ölkəmizdə konstitusiya ədalət mühakiməsinin formalaşdırılması və təkmilləşdirilməsi istiqamətində görülən işlərdən bəhs edib. Sədr Konstitusiya Məhkəməsinin Konstitusiyanın aliliyinin təmin olunması, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi, hüququn aliliyinin möhkəmləndirilməsi və konstitusiya nəzarətinin həyata keçirilməsi sahəsində önəmini qeyd edib.

Çıxışda vurğulanıb ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən ardıcıl hüquqi islahatlar məhkəmə-hüquq sisteminin müasir çağırışlara uyğun inkişafına, hüquqi dövlət quruculuğunun daha da möhkəmləndirilməsinə və konstitusiya ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına mühüm töhfə verir.

Tədbirdə Konstitusiya Məhkəməsinin beynəlxalq əlaqələrinin inkişafı, müxtəlif ölkələrin konstitusiya məhkəmələri və nüfuzlu beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığı, eləcə də konstitusiya hüququ sahəsində qabaqcıl təcrübənin öyrənilməsi istiqamətində görülən işlərdən də bəhs olunub.

Daha sonra Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə ixtisas dərəcələri verilmiş Konstitusiya Məhkəməsi Aparatının məsul əməkdaşlarına müvafiq vəsiqələr təqdim edilib.

Sədr Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin əməkdaşlarının əməyinə verilən yüksək qiymətə görə möhtərəm Prezident cənab İlham Əliyevə dərin minnətdarlığını ifadə edərək, bu ali etimadın onların bundan sonrakı fəaliyyətində dövlətçiliyimizin daha da möhkəmləndirilməsi naminə böyük məsuliyyət və fədakarlıqla çalışmaları üçün mühüm stimul olduğunu bildirib.

Tədbirin sonunda “Süni intellekt əsaslı rəqəmsal Konstitusiya Məhkəməsi sistemi” adlı təqdimat keçirilib. Təqdimatda süni intellekt texnologiyalarının Konstitusiya Məhkəməsinin iş prosesində tətbiqi imkanları, məhkəmə fəaliyyətinin rəqəmsallaşdırılması, məlumatlara operativ çıxışın təmin edilməsi, məhkəmə təcrübəsinin sistemləşdirilməsi və konstitusiya ədalət mühakiməsi sahəsində proseslərin sürətləndirilməsi barədə ətraflı məlumat verilib. Sistemin əsas funksiyaları nümayiş etdirilərək, rəqəmsal texnologiyaların və süni intellekt həllərinin gələcəkdə Konstitusiya Məhkəməsinin fəaliyyətinin səmərəliliyinin artırılmasında, qərarların təhlili və hüquqi araşdırmaların daha çevik aparılmasında mühüm rol oynayacağı vurğulanıb.



Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər