Abşeronda velosiped və akkumulyator oğurlayan şəxs saxlanılıb
Operativ Media
Abşeron rayonunda talama cinayətləri qeydə alınıb.
Operativ Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Naməlum şəxs müxtəlif vaxtlarda zərərçəkənə məxsus velosipedi, digər bir vətəndaşın avtomobilindən akkumulyatoru və Xırdalan şəhəri ərazisindəki yanacaqdoldurma məntəqələrinin birindən nağd pul oğurlayıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 41 yaşlı E.Kərimov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun oğurladığı velosiped və akkumulyatoru satdığı məlum olub.
Araşdırmalar davam etdirilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net