Menyu

Avropa çempionatında 10 medal qazanan Azərbaycan cüdoçuları Vətənə qayıdıb

Operativ Media
Avropa çempionatında 10 medal qazanan Azərbaycan cüdoçuları Vətənə qayıdıb

İspaniyada keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatında tarixi nəticəyə imza ataraq 10 medal qazanan Azərbaycan milli komandası Vətənə qayıdıb.

Cüdo Federasiyasından Operativ Media-ya bildirilib ki, yığmanın üzvlərini Heydər Əliyev Beynəlxalq Hava Limanında idman ictimaiyyətinin nümayəndələri, media təmsilçiləri, federasiya rəsmiləri və idmançıların yaxınları qarşılayıblar.

Xatırladaq ki, qitə birinciliyində Zəhra Quliyeva (40 kiloqram) və Nihad Ağayev (50 kiloqram) qızıl, Fərid Rzazadə (50 kiloqram), Sadiq Məmmədov (73 kiloqram), Ömər Axundov (90 kiloqram) gümüş, İbrahim Talıbov (55 kiloqram), Könül Eyvazlı (48 kiloqram), İlkin Qarayev (66 kiloqram), Ayxan Həsənli və Yaqub Məmmədov (hər ikisi 81 kiloqram) isə bürünc medala sahib çıxıblar. Yığmamız yekunda 2 qızıl, 3 gümüş və 5 bürünc medalla ümumi komanda hesabında ikinci yeri tutub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər