Menyu

Ərdoğan yaxın günlərdə Putin və Zelenski ilə danışacaq

Nərmin Qocamanlı
Ərdoğan yaxın günlərdə Putin və Zelenski ilə danışacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna liderləri, Vladimir Putin və Vladimir Zelenski ilə yaxın günlərdə telefon danışığı olacaq.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən geri dönərkən yerli jurnalistlərə müsahibəsində deyib.

O qeyd edib ki, danışıq zamanı iki liderin Türkiyənin vasitəçiliyi ilə görüşünün təşkil olunmasının mümkün olub-olmaması müzakirə olunacaq.

Ərdoğanın sözlərinə görə, Rusiya lideri Vladimir Putin əvvəlki zamanla müqayisədə xeyli yumşaq mövqe nümayiş etdirir və danışıqlara açıqdır. Türkiyə Prezidenti ukraynalı həmkarı Zelenskinin də məsələ ilə bağlı yanaşmasında bir problemin olmadığını vurğulayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər