Menyu

Hakan Fidan: "Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin gecikdirilmədən imzalanmasını arzu edirik"

Operativ Media
Hakan Fidan: "Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin gecikdirilmədən imzalanmasını arzu edirik"

"Danışıqlarımız zamanı Cənubi Qafqazda sabitliyin, sülhün və rifahın səmimi, həmçinin konstruktiv əməkdaşlıq əsasında formalaşmalı olduğu barədə ortaq anlayışımızı bir daha təsdiqlədik. Biz bölgəmizin münaqişələrlə deyil, inkişaf, ortaq rifah və birgə layihələrlə tanınmasını arzulayırıq və bu istiqamətdə çalışırıq".

Operativ Media xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan iyunun 8-də keçirilən Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşündən sonra təşkil olunan mətbuat konfransında deyib.

Nazir bölgədəki proseslərə toxunaraq bildirib: "Bunu Ermənistanla aparılan sülh prosesində də görürük. Tərəflərin ortaya qoyduğu iradə bölgəmiz üçün konkret fürsət pəncərəsi açıb. Biz Azərbaycan ilə Ermənistan arasındakı sülh prosesini dəstəkləyirik. Azərbaycanın legitim narahatlıqlarının aradan qaldırılmasını və sülh sazişinin gecikdirilmədən imzalanmasını xüsusilə arzu edirik. Ermənistanla apardığımız normallaşma prosesi də Azərbaycanla sıx koordinasiya çərçivəsində eyni şəkildə davam edir. Son dörd il ərzində bu sahədə mühüm irəliləyişlər əldə olunub. Bizim fikrimizcə, Cənubi Qafqazın qarşısında duran əsas fürsət və məqsəd budur: sülhün təməli möhkəmləndikcə, regional kommunikasiya layihələri daha güclü nəticələr verəcək. Regional əlaqələr gücləndikcə isə sülhün sosial və iqtisadi təməli daha da möhkəmlənəcək. Bütün bölgənin ümumi mənafelərinə xidmət edəcək bu dinamikanı gücləndirmək üçün fəaliyyətimizi qətiyyətlə davam etdiririk".


Əlaqəli Xəbərlər