Menyu

Azərbaycanın U-17 millisinin heyətində dəyişiklik edilib

Operativ Media
Azərbaycanın U-17 millisinin heyətində dəyişiklik edilib

Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

Operativ Media xəbər verir ki, “Sabah”ın futbolçusu Cəfər Cəfərzadə səhhətində yaranan narahatlıq səbəbindən düşərgədən ayrılıb. Onun əvəzinə “Qarabağ”ın oyunçusu Davud Abdullayev heyətə cəlb olunub.

Qeyd edək ki, iyunun 10-dək Qəbələdə hazırlıq keçəcək U-17 ayın 6-da və 9-da Qazaxıstanın müvafiq yaş qrupundan komandası ilə iki yoxlama oyunu keçirəcək.

Əlaqəli Xəbərlər