Rusiya və Ukrayna "185-ə 185" formulu çərçivəsində əsir mübadiləsi aparıblar
Şəfa Hüseynli
Rusiya Kiyevdəki rejimin nəzarətində olan ərazidən 185 rus hərbçisini geri qaytarıb və mübadilə olaraq Ukrayna Silahlı Qüvvələrinin 185 hərbi əsiri təhvil verilib.
Operativ Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ukrayna tərəfinə 526, Rusiya tərəfinə isə 41 cəsəd təhvil verilib.