Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Azərbaycana rəsmi səfər edib
Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Geka Geladze nümayəndə heyəti ilə birlikdə Azərbaycan Respublikasına rəsmi səfər edib.
Operativ Media-nın məlumatına görə, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.
Səfər çərçivəsində Geka Geladze Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevlə görüş keçirib.
Görüşdə Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq məsələləri, Cənubi Qafqaz regionundakı mövcud inkişaflar və beynəlxalq təhlükəsizliyin qarşısında duran müasir çağırışlar müzakirə olunub. Artan qlobal təhdidlərin aradan qaldırılması prosesində iki ölkənin təhlükəsizlik xidmətləri arasında sıx əməkdaşlığın və tərəfdaşlığın dərinləşdirilməsinin vacibliyi vurğulanıb.
Söhbət zamanı regional və beynəlxalq əməkdaşlığın gücləndirilməsi prosesində mühüm rol oynayan 2026-cı ilin sentyabr ayında Bakıda keçirilməsi planlaşdırılan illik təhlükəsizlik forumu da müzakirə olunub.
Görüşün sonunda Geka Geladze səmimi qonaqpərvərliyə görə azərbaycanlı həmkarına təşəkkürünü bildirib və onu Gürcüstana təkrar səfərə dəvət edib.