Menyu

Göyçayda 9 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Operativ Media
Göyçayda 9 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qanunsuz yollarla ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb.

Operativ Media-ya bu barədə Daxili İşlır Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirlərlə 22 yaşlı Hüseyn Əliyev və həmyaşıdı Telman Mehdiyev saxlanılıblar. Onlardan 8 kiloqramdan artıq marixuana və 1 kiloqrama yaxın tiryək aşkarlanıb. Saxlanılan şəxslər narkotikləri satış məqsədilə əldə etdiklərini bildiriblər. Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Əlaqəli Xəbərlər