Çin Xalq Respublikasının Sədri Si Cinpin iyunun 8-9-da Koreya Xalq Demokratik Respublikasına (KXDR) dövlət səfəri edəcək.
Operativ Media xəbər verir ki, bu barədə Sinxua agentliyi Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq Əlaqələr Şöbəsinin açıqlamasına istinadən məlumat yayıb.
Bildirilib ki, səfər Koreya Əmək Partiyasının Baş katibi və KXDR Dövlət İşləri üzrə Sədri Kim Çen Inın dəvəti əsasında baş tutacaq.
Səfərin gündəliyi və keçiriləcək görüşlərlə bağlı digər təfərrüatlar hələlik açıqlanmayıb.