"Sabah" Tellur Mütəllimovla yeni müqavilə bağlayıb
Operativ Media
"Sabah" klubu müdafiəçisi Tellur Mütəllimovla yeni müqavilə bağlayıb.
Operativ Media xəbər verir ki, bu barədə Klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 31 yaşlı futbolçu ilə anlaşmanın müddəti 2 ildir.
T.Mütəllimov 2022-ci ildən "Sabah"ın uğurları üçün çalışır. Azərbaycan millisinin də üzvü olan futbolçu "Sabah"da ümumilikdə 102 oyun keçirib. O, "bayquşlar"ın heyətində 1 dəfə Azərbaycan çempionu, 2 dəfə isə Kubokunun qalibi olub.