Bakı Limanında bu ilin may ayında 812 min tondan çox yük aşırılıb
Operativ Media
Bakı Limanında bu ilin may ayında 812 min tondan çox yük aşırılaraq ötən ilin eyni dövrünün göstəricisi 11 faiz üstələnib.
Operativ Media xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.
Qeyd edək ki, 2026-cı ilin yanvar-may aylarında limanda aşırılmış TEU konteyner yükü isə 50 min TEU-nu keçərək keçən ilin 5 ayı ilə müqayisədə 9 faiz çox olub.