Ana səhifə / İdman / "Sabah" kapitanı Amin Seydiyevlə yolları ayırıb "Sabah" kapitanı Amin Seydiyevlə yolları ayırıb 04.06.2026, 14:24 Operativ Media "Sabah" kapitanı Amin Seydiyevlə yolları ayırıb. Bu barədə Operativ Media-ya Bakı klubunun mətbuat xidmətindən bildirlib. 27 yaşlı müdafiəçinin başa çatan müqavilə müddəti yenilənməyib. Seydiyev komandada meydana çıxdığı 186 oyunda 7 qola imza atıb. "Sabah"ın heyətində bir dəfə Azərbaycan çempionluğunu və iki dəfə ölkə kubokunu qazanan Amin həmçinin klub tarixində ən çox oyun keçirmiş futbolçudur. Qeyd edək ki, müdafiəçi 2020-ci ildən "Sabah"da oynayırdı.