Menyu

Azərbaycanda yeni dövlət rüsumları müəyyən edilir

Operativ Media
Azərbaycanda yeni dövlət rüsumları müəyyən edilir

Azərbaycanda mopedlərin texniki baxışdan keçirilməsinə, dövlət qeydiyyatına alınmasına və ya digər xidmətlərin göstərilməsinə görə dövlət rüsumu müəyyənləşir.

Operativ Media xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, moped sahibləri nəqliyyat vasitəsinin illik qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə 15 manat miqdarda dövlət rüsumu ödəyəcəklər.

Bundan başqa, moped sahibləri digər prosedurlara görə də dövlət rüsumu ödəyəcəklər

Nəqliyyat vasitələrinin texniki uçot göstəricilərinə dəyişikliklər edilməsi zamanı və ya nəqliyyat vasitəsi alıcısının tələbi ilə nəqliyyat vasitələrinə texniki baxış keçirilməsi üçün - 15 manat:

Nəqliyyat vasitələrinin qeydiyyatına (daimi və müvəqqəti uçota alınmasına, nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi haqqında müqavilələr əsasında həmin nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına) görə - 10 manat;

Sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə - 40 manat;

Mopedlərin idarə olunmasının sürücülük vəsiqəsinin alınması üçün imtahanların təkrar qəbuluna görə - 20 manat.

Sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün - 30 manat;

Dövlət qeydiyyat nişanlarının verilməsinə görə - 15 manat;

Qeydiyyat şəhadətnaməsinin verilməsinə görə 30 manat.

Həmçinin layihəyə əsasən, mopedlər icbari sığortaya cəlb olunmalıdır.

Qeyd olunur ki, qeydiyyatdan keçmiş mopedlərin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin icbari sığortasını nəzərdə tutulur.

Əlaqəli Xəbərlər