Menyu

İtaliyada təlim təyyarəsinin qəzaya uğraması nəticəsində pilot həlak olub

Şəfa Hüseynli
İtaliyada təlim təyyarəsinin qəzaya uğraması nəticəsində pilot həlak olub

İtaliyada "Cessna 152" təlim təyyarəsi Valbrembo rayonundakı yaşayış binalarının yaxınlığında qəzaya uğrayıb.

Operativ Media xəbər verir ki, bu barədə "The Sun" qəzeti məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 26 yaşlı təlimatçı pilot həlak olub, 19 yaşlı tələbə isə ağır yaralanıb. 

Şahidlər təyyarənin Berqamo ərazisi üzərində təlim uçuşu zamanı qəfildən enməyə başladığını və yaşayış binalarından bir neçə metr aralıda beton elektrik xətti dirəyinə çırpıldığını qeyd ediblər.

İtaliya aviasiya orqanları faciənin səbəbləri ilə bağlı araşdırmaya başlayıb.






Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər