Qırğızıstan BMT Təhlükəsizlik Şurasının üzvü seçilib
Operativ Media
Qırğızıstan tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.
Operativ Media xəbər verir ki, Baş Assambleya ölkənin 2027-2028-ci illər üçün Təhlükəsizlik Şurasının tərkibinə daxil edilməsinə səs verib.
Dörd raunddan sonuncusunda 142 ölkə Qırğızıstana səs verib, Filippin isə cəmi 49 səs toplayıb.
2027-ci il yanvarın 1-dən Avstriya, Zimbabve, Portuqaliya, Trinidad və Tobaqo da qeyri-daimi üzvlər kimi Təhlükəsizlik Şurasına daxil olacaq.
Onlar şurada səlahiyyət müddəti 2026-cı il dekabrın 31-də başa çatan Yunanıstan, Danimarka, Pakistan, Panama və Somalini əvəz edəcəklər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net