Menyu

Tovuzda ölümlə nəticələnən yol qəzası baş verib - YENİLƏNİB

Operativ Media
Tovuzda ölümlə nəticələnən yol qəzası baş verib - YENİLƏNİB

Tovuz rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində həyatını itirən və xəsarət alan şəxslərin kimliyi müəyyənləşib.

Operativ Media xəbər verir ki, qəza nəticəsində ölən şəxs “VAZ-2106” markalı avtomobilin sürücüsü, 1961-ci il təvəllüdlü Ə.Nağıyevdir.

Hadisə zamanı “VAZ-2106”nın sərnişinləri – 1992-ci il təvəllüdlü N.Hüseynova, 2012-ci il təvəllüdlü H.Mustafayev, 2011-ci il təvəllüdlü B.Mustafayev, 2015-ci il təvəllüdlü H.Mustafayev, həmçinin “Mitsubishi Pajero” markalı avtomobilin sürücüsü, 1994-cü il təvəllüdlü S.Allahverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib və onların müalicəsi davam etdirilir.

22:19

Tovuz rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Operativ Media xəbər verir ki, qəza rayonun Dönük Qırıqlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ-2106” və “Mitsubishi Pajero” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər hadisə yerində həyatını itirib, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanlar xəstəxanaya çatdırılıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər