Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib
Operativ Media
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov vəfat edib.
Operativ Mediaxəbər verir ki, bu barədə qurumun "X" sosial şəbəkəsindəki məlumatında qeyd olunub.
Bildirilib ki, vəfat etməzdən əvvəl o, işgüzar məsələlərlə əlaqədar Türkiyədə olub və mərkəz nümayəndələrinin beynəlxalq konfransda iştirakının təşkili ilə məşğul olub.
Qeyd edək ki, Rövşən Muradov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təsisçilərindən biri olub və qurumun yarandığı ilk günlərdən ona rəhbərlik edib.