Küveyt İranın iki diplomatını ölkədən çıxarır
Operativ Media
Küveyt İranın iki diplomatını “persona non grata” elan edərək onların 24 saat ərzində ölkəni tərk etməsini tələb edib.
Operativ Media xəbər verir ki, bu barədə Küveyt Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsində bildirilib.
Məlumata görə, Küveyt xarici işlər nazirinin müavini İranın ölkədəki müvəqqəti işlər vəkilini nazirliyə çağıraraq ona rəsmi etiraz notası təqdim edib.
Notada “İran tərəfindən davam edən hücumlarla əlaqədar” narahatlığın ifadə olunduğu qeyd edilib.
Sənəddə həmçinin İran səfirliyinin əməkdaş sayının azaldılması, diplomatik missiyanın iki üzvünün “persona non grata” elan olunması və onların maksimum 24 saat ərzində ölkədən çıxmasının tələb edildiyi vurğulanıb.