Azərbaycanın üç taekvondoçusu Roma Qran Prisində mübarizə aparacaq
Operativ Media
Taekvondo üzrə böyüklərdən ibarət Azərbaycan milli komandasının üç üzvü baş məşqçi Məmməd Abdullayevin rəhbərliyi altında İtaliyanın paytaxtı Roma şəhərində keçiriləcək Roma Qran Pri yarışına yola düşüb.
Operativ Media xəbər verir ki, 5–7 iyun tarixlərində keçiriləcək yarışda ölkəmizi Qaşim Maqomedov (58 kq), Cavad Ağayev (80 kq) və Eltac Qafarov (+80 kq) təmsil edəcəklər. Qeyd edək ki, idmançılarımız turnirə Dünya Taekvondo Federasiyasının (WT) reytinq sıralamasına əsasən dəvət qazanıblar. “Qran Pri” seriyası dünya taekvondosunun ən prestijli yarışlarından hesab olunur və burada əldə olunan nəticələr idmançılara həm yüksək reytinq xalları, həm də Olimpiya təsnifatı baxımından mühüm üstünlüklər qazandırır.