Menyu

"EgyptAir" Küveytə uçuşları ləğv edib

Şəfa Hüseynli
"EgyptAir" Küveytə uçuşları ləğv edib

İranın gecə hücumundan sonra Misirin milli aviaşirkəti olan "EgyptAir" 3 və 4 iyun tarixlərində Küveytə planlaşdırılan uçuşları ləğv edib.

Operativ Media xəbər verir ki, bu barədə aviaşirkət açıqlamasında bildirib.

"EgyptAir rəhbərliyi bölgədəki vəziyyət sabitləşənə qədər 3 və 4 iyun tarixlərində Küveyt şəhərinə planlaşdırılan bütün uçuşları ləğv etmək qərarına gəlib", - deyə aviaşirkət bildirib.

Küveyt Mülki Aviasiya Baş İdarəsi daha əvvəl bildirib ki, 3 iyun gecəsi ölkənin beynəlxalq hava limanının sərnişin terminalına İran raketləri və pilotsuz təyyarəsi hücum edib. Hadisə nəticəsində bir nəfər ölüb, 63 nəfər yaralanıb. Aeroport binasına maddi ziyan dəyib. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər