Avropa Birliyi 1 milyondan çox iş yerini itirə bilər
İran böhranı və qlobal rəqabətin artması səbəbindən Avropa Birliyi bu il 1 milyondan çox iş yerini itirə bilər.
Operativ Media xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Agentlik yazır ki, enerji qiymətlərinin kəskin artmasından ən çox tikinti, metallurgiya, kimya sənayesi və nəqliyyat sektorları zərər çəkəcək.
Bloomberg-in məlumatına görə, hazırkı proqnoz Avropa Birliyindəki problemləri əks etdirir. Onun liderləri qitənin rəqabət qabiliyyəti ilə bağlı planların həyata keçirilməsini sürətləndirməyə çalışırlar, lakin blok hələ də ABŞ və Çindən geri qalır. Gecikmə tempi daim artır.
Bundan əlavə, Avropa şirkətləri, xüsusən də rəqəmsal texnologiyalar, elektrikli nəqliyyat vasitələri, günəş batareyaları və süni intellekt sahələrində Amerika və Çin şirkətləri ilə rəqabət apara bilmirlər.