Ərdoğan Paşinyanla telefon danışığı aparıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
"Baş nazir Paşinyan söhbət zamanı Türkiyə Prezidentini ötən Qurban bayramı münasibətilə təbrik edib; bu fürsətlə Türkiyə-Ermənistan ikitərəfli münasibətlərinin normallaşması prosesi və regional məsələlər də müzakirə olunub", - paylaşımda bildirilib.
Ərdoğan Türkiyə ilə Ermənistan arasındakı normallaşmanın birbaşa ticarətin başladılmasına yönəlmiş addımlarla davam etdiyini qeyd edib.
Həmçinin Türkiyənin bölgədə sülh və sabitlik üçün səy göstərdiyini, bu istiqamətdə atılacaq addımları hər zaman dəstəkləyəcəyi vurğulanıb.