Menyu

Əmlak həbsi ilə bağlı mübahisələr məhkəmə nəzarəti qaydasında həll ediləcək

Operativ Media
Əmlak həbsi ilə bağlı mübahisələr məhkəmə nəzarəti qaydasında həll ediləcək

Əmlak həbsi ilə bağlı mübahisələr mülki deyil, məhkəmə nəzarəti qaydasında həll ediləcək.

Operativ Media xəbər verir ki, bununla bağlı Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik edilməsi təklif olunur.

Milli Məclisin növbədənkənar sessiyasının iyunun 5-də keçirilməsi nəzərdə tutulan dəyişikliyə əsasən, Məcəlləyə yeni maddə əlavə olunur.

Belə ki, təqdim olunan qanun layihəsində təklif edilən əlavə təqsirləndirilən şəxs olmayan, lakin əmlak üzərinə həbs qoyulması barədə cinayət və dəyişikliklər prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxslərin, cinayət prosesində iştirak edən digər şəxslər kateqoriyasına daxil edilməsi, həmin şəxslərin qanuni mənafeyinə toxunulan şəxs qismində cinayət prosesinə cəlb edilməsi, cinayət prosesində iştirak edən şəxslər kimi apelyasiya, kassasiya, əlavə kassasiya şikayəti vermək hüquqları və qaydalarını tənzim edir.

Təklif olunan ən mühüm dəyişikliklərdən biri də cinayət mühakimə icraatı çərçivəsində əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarının mülki mühakimə icratı çərçivəsində deyil, məhkəmə nəzarəti qaydasında mübahisələndirilməsinin nəzərdə tutulmasıdır.

Mülki mühakimə icratından fərqli olaraq məhkəmə nəzarəti qaydasında materiallara baxılması və işin həll edilməsi zaman baxımından daha çevik və operativ baş verir. Üstəlik daha sonra məhkəmə qəranının preyudisial əhəmiyyətinin hansı həddə olması kimi mübahisənin yaranmasının da qarşısı alınmış olur.

Əlaqəli Xəbərlər