Almaniyada işçilərin sayı azalıb, iş saatları isə artıb
Almaniya Əmək Bazarı və Peşə Tədqiqatları İnstitutunun (IAB) hesabatında ölkədə işləyən insanların sayının azaldığı, yarımştat işçilərin iş saatlarının isə artdığı bildirilir.
Operativ Media xəbər verir ki, bu barədə IAB Almaniyada bu ilin birinci rübü üçün iş saatları və məşğulluq məlumatları üzrə statistik hesabatını dərc edib.
Hesabatda ölkənin məşğulluq strukturunda nəzərəçarpacaq bir dəyişikliyə işarə edilir və tam iş günü itkilərinin qismən iş saatlarının artması ilə kompensasiya olunduğu aşkar edilir.
İnstitutun hesabatında bildirilir ki, 2026-cı ilin birinci rübündə işləyənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 160 min nəfər azalaraq 45,64 milyon nəfərə düşüb.
Qeyd edilib ki, eyni dövrdə adambaşına düşən orta iş vaxtı 0,3 faiz artaraq 344,2 saata çatıb və nəticədə ümumi iş həcmi cüzi azalmaya baxmayaraq, demək olar ki, sabit olaraq 15,7 milyard saat olaraq qalıb.
Yarımştat işçilərin nisbəti ilk dəfə 40%-i keçib.
Hesabatda bildirilir ki, yarımştat işçilərin nisbəti ötən ilin eyni rübü ilə müqayisədə 0,4 faiz bəndi artaraq 40,1%-ə çatıb və tarixdə ilk dəfə olaraq birinci rübdə 40 faizlik həddi keçib.