Menyu

ÜST Konqoda Ebola epidemiyası səbəbindən 48 ölüm və 321 yoluxma halını təsdiqləyib

Şəfa Hüseynli
ÜST Konqoda Ebola epidemiyası səbəbindən 48 ölüm və 321 yoluxma halını təsdiqləyib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Konqo Demokratik Respublikasında (KDR) 48 ölüm və 321 təsdiqlənmiş Ebola virusu infeksiyası halı qeydə alınıb.

Operativ Media xəbər verir ki, bu barədə ÜST-ün sözçüsü Kristian Lindmeyer Cenevrədə keçirilən brifinqdə bildirib.

"KDR-də 116 şübhəli Ebola, 321 təsdiqlənmiş yoluxma və 48 ölüm halı qeydə alınıb. Bundan əlavə, altı nəfər sağalıb", - deyə o, Cenevrədə keçirilən brifinqdə bildirib.

Lindmeyer əlavə edib ki, Uqandada doqquz təsdiqlənmiş yoluxma və qızdırma səbəbindən bir ölüm halı qeydə alınıb.


Əlaqəli Xəbərlər