Menyu

Ermənistandan Rusiyaya meyvə və giləmeyvə idxalına yeni məhdudiyyətlər tətbiq edilib

Operativ Media
Ermənistandan Rusiyaya meyvə və giləmeyvə idxalına yeni məhdudiyyətlər tətbiq edilib

Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti (Rosselxoznadzor) iyunun 2-dən etibarən Ermənistandan gətirilən çəyirdəkli meyvələrin və təzə üzümün idxalına müvəqqəti məhdudiyyət tətbiq edəcək.

Operativ Media xəbər verir ki, qurumun yaydığı məlumata görə, məhdudiyyət albalı, gilas, ərik, gavalı, şaftalı, nektarin və təzə üzüm məhsullarını əhatə edir.

Qərarın qəbul edilməsinə səbəb kimi məhsul tədarükü zamanı aşkar olunan pozuntular göstərilib.

Bundan əvvəl, mayın 30-dan etibarən Rusiya Ermənistandan idxal olunan bəzi giləmeyvə və təzə tərəvəz növlərinə də məhdudiyyət tətbiq etmişdi.

Məhdudiyyətlər pomidor, xiyar, bibər, göyərti və çiyələyi əhatə edir.

Rosselxoznadzor bildirib ki, Ermənistanın meyvə-tərəvəz məhsullarının tədarükü zamanı aşkar olunan pozuntuların sayının artması Rusiyanın fitosanitar təhlükəsizliyi üçün risk yarada bilər.

Bu səbəbdən məhdudiyyətlər ölkənin sanitariya və fitosanitar təhlükəsizliyinin təmin olunması məqsədilə tətbiq edilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər