Ana səhifə / Ölkə / Çaylarda sululuq artacaq, dolu düşəcək - XƏBƏRDARLIQ Çaylarda sululuq artacaq, dolu düşəcək - XƏBƏRDARLIQ 01.06.2026, 15:59 Operativ Media Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq iyunun 2-si səhər 3-ü gündüzədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Bu barədə Operativ Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
01.06.2026, 23:07 Ermənistandan Rusiyaya meyvə və giləmeyvə idxalına yeni məhdudiyyətlər tətbiq edilib