Abbas Əraqçi: ABŞ ilə danışıqlarla bağlı mediada yayılan məlumatlar hələ təsdiqlənməyib
İranın xarici işlər naziri Abbas Əraqçi rəsmi şəxslər tərəfindən yekun nəticələr elan olunmayana qədər KİV-də ABŞ ilə danışıqlara dair yayılan məlumatlara inanmamağa çağırıb.
Operativ Media xəbər verir ki, o, bu haqda İranın dövlət teleradio şirkətinə bildirib.
"Danışıqlar və mesaj mübadiləsi davam edir. Konkret nəticə əldə olunmayana qədər hər hansı bir qənaətə gəlmək hələ tezdir. Hazırda deyilənlərin hamısı sadəcə fərziyyə xarakteri daşıyır və rəsmi, eləcə də qəti təsdiqini tapmayana qədər bu məlumatlara xüsusi əhəmiyyət vermək lazımdır", — deyə o, qeyd edib.
Mayın 29-da İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bəqai qeyd edib ki, İslam Respublikası ABŞ ilə mesaj mübadiləsini davam etdirir, lakin hələlik yekun razılaşmanın təsdiqlənməsindən söhbət getmir.
Bazar günü isə "The New York Times" qəzeti ABŞ Prezidenti Donald Trampın İranla razılaşma üçün daha sərt şərtlər irəli sürdüyü barədə məlumat yayıb. Nəşrin yazdığına görə, yenilənmiş şərtlər artıq İran tərəfinə göndərilib.