Tramp İranla saziş üzrə şərtləri sərtləşdirdi
Operativ Media
ABŞ Prezidenti Donald Tramp İraqla saziş üzrə daha sərt şərtlər irəli sürüb.
Operativ Media xəbər verirki, "The New York Times" qəzeti bu barədə ABŞ administrasiyasının adının açıqlanmasını istəməyən rəsmilərinə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, yenilənmiş şərtlər artıq İran tərəfinə göndərilib. ABŞ-nin yeni təklifinin təfərrüatları barədə məlumat verilməsə də, amerikalı rəsmilərdən birinin sözlərinə görə, edilən dəyişikliklər Tehrana əlavə təzyiq göstərmək və danışıqlar prosesini sürətləndirmək məqsədi daşıyır.
Qəzet daha əvvəl öz mənbələrinə istinadən yazmışdı ki, Trampın fikrincə, İran ABŞ-nin təkliflərinə kifayət qədər çevik cavab vermir.