Parisdə PSJ-nin qələbəsindən sonra iğtişaşlar baş verib - YENİLƏNİB
Fransa daxili işlər naziri Laurent Nunez ölkə üzrə 780 nəfərin saxlanıldığını açıqlayıb.
Operativ Media xəbər verir ki, onlardan 480 nəfəri Parisdə saxlanılıb.
Hadisələr zamanı 57 polis əməkdaşı yaralanıb.
Məlumata əsasən, PSJ azarkeşlərinin qələbə sevinci bəzi şəhərlərdə qarşıdurmalarla müşayiət olunub. Avtomobillər yandırılıb, mağazalara ziyan vurulub, polisə qarşı müqavimət göstərilib.
Fransa polisi Parisdə təhlükəsizlik tədbirlərini gücləndirib. Paytaxtda asayişin qorunması üçün 5 780 polis və jandarm, həmçinin 2 500 yanğınsöndürən səfərbər edilib.
Qeyd edək ki, PSJ finalda “Arsenal”ı penaltilərlə məğlub edərək Çempionlar Liqasının qalibi olub.
09:38
UEFA Çempionlar Liqasının finalında PSJ-nin qələbəsindən sonra Fransada baş verən iğtişaşlarda azı 12 nəfər yaralanıb.
Operativ Media xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, yaralananlar arasında səkkiz polis əməkdaşı da var.
Bildirilir ki, ölkə daxilində iğtişaşlar zamanı 416 nəfər, o cümlədən Parisdə 283 nəfər saxlanılıb.